Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2024 06:40
Sənət adamlarının ailə qurub ona sona qədər davam etdirməsi asan məsələ deyil. Məşhurluğun öz bədəli var. Düzdür, son zamanlar xanım müğənnilərin "ərim" sözünü işlətməkdən çox xoşları gəlir. Amma boşandıqdan sonra həyatı tamamilə dəyişənlər də az deyil.
Sonxeber.net lent.az-a istinadən boşandıqdan sonra həyatı dəyişmiş məşhurlardan bəhs edir.
Xalq artisti Aygün Kazımova boşandıqdan sonra məşhurluğun qapıları üzünə açıldı.
Müğənni Rəqsanə birinci ərindən ayrıldıqdan sonra çətin günlərini geridə qoyub, sənəti ilə məşğul olmağa başlayıb.
Müğənni Nəfəs boşandıqdan sonra səhnəyə qədəm basıb və günümüzün parlayan ulduzlarındandır.
Xalq artisti Nazpəri Dostəliyeva boşandıqdan sonra sənəti ilə daha çox tanındı.
Əməkdar artist Elza Seyidcahan da boşandıqdan sonra yardıcılığa daha çoz zaman ayırıb.
Müğənni Nura Suri üç dəfə ailə həyatı qurub. Görünür sənəti müğənniyə qarşı çox qısqancdır.
Roza Zərgəli də ayrıldıqdan sonra daha çox tanınıb.
"Eurovision 2011"in qalibi Nigar Camal müsabiqədən sonra həyat yoldaşından ayrıldı. Ondan sonra çox tanına müğənni ulduz həyatı yaşayır.
Əməkdar artist Tünzalə Ağayeva rejissor Rəhmanla boşandıqdan sonra zirvələri fəth etdi.
Aktrisa Oksana Rəsulova 3 dəfə boşanıb. İncəsənət onun gözəlliyinə çox qısqanclıqla yanaşıb.
Müğənni Lalə Məmmədovanın da ayrıldıqdan sonra sənəti də, siması da daha çox parlamağa başlayıb.