Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu hərəkətlərinə görə sürücüyə 15 günlük həbs verildi - VİDEO

Bu hərəkətlərinə görə sürücüyə 15 günlük həbs verildi - VİDEO

Tarix: 10 Aprel 2024 16:08

Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, "Nexia" markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımovun yol hərəkəti qaydalarını kobud şəkildə pozması müəyyənləşib.

Digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün o, Abşeron RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.

Milli.Az


Etiketlər:  Bu hərəkətlərinə görə sürücüyə 15 günlük həbs verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ