Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alişa Lemann Bakıda nə ilə yadda qaldı?

Alişa Lemann Bakıda nə ilə yadda qaldı?

Tarix: 10 Aprel 2024 16:40

İFFHS qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarında qeydə alınan maraqlı məqamları açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Bakıda keçirilən Azərbaycan - İsveçrə matçı da diqqətdən kənar qalmayıb.

"Dalğa Arena"dakı görüş iki yubileylə əlamətdar olub. Sosial şəbəkələrdə 17 milyon abunəçi toplamaqla qadın futbolunda rekordçu olan Alişa Lemann üçün Bakı səfəri xüsusi hadisə ilə yadda qalıb.

Alişa milli komandada 50-ci oyununu keçirib. Onun komanda yoldaşı Luana Byuler də 100-ü Bakıda yarılayıb.

Qeyd edək ki, İsveçrə millisi bu görüşdə 4:0 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Alişa Lemann Bakıda ilə yadda qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ