Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ovçular yer üzündəki ən böyük ilanı öldürdülər - FOTO

Ovçular yer üzündəki ən böyük ilanı  öldürdülər - FOTO

Tarix: 10 Aprel 2024 18:00

Meşədə təxminən 200 kq ağırlığında nəhəng ilanın cəsədi tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, nəhəng anakonda elm adamları tərəfindən kəşf edildikdən cəmi bir ay sonra öldürülüb.

Fevralın sonunda Amazon meşəliyində bioloqlar "Ana Julia" adlandırdıqları nəhəng yaşıl anakondaya rast gəliblər. Təəssüf ki, o, bir ay sonra faciəli aqibətlə üzləşməli olub.

Uzunluğu təxminən 8 metr və çəkisi 200 kiloqram olub. Əlavə araşdırmalar göstərib ki, "Ana Julia" növün digər üzvləri ilə müqayisədə DNT-də 5,5 faiz fərqlə yeni anakonda növüdür.

Onun cəsədi Braziliyanın cənubundakı Bonito kəndindəki Formosa çayında tapılıb. Heyvanın yerli ovçular tərəfindən vurulduğu güman edilir.

Milli.Az


Etiketlər:  Ovçular yer üzündəki ən böyük ilanı öldürdülər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ