Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi bayram namazında dünyasını dəyişdi

Kişi bayram namazında dünyasını dəyişdi

Tarix: 11 Aprel 2024 15:34

Türkiyədə kişi bayram namazında dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bursanın İnegöl mahalının Yunus Əmrə rayonundakı Hüdai məscidinə bayram namazı qılmaq üçün gedən 70 yaşlı Ehliman Bayramın xütbə oxunan zamanı halı pisləşib.

Oturduğu yerdə yıxılan Bayrama məscid camaatı ilkin tibbi yardım göstərib. Xəbər üzərinə gələn həkim qrupları infarkt keçirdiyi müəyyən edilən Ehliman Bayrama ürək masajı edib.

Dayanan ürəyi yenidən işə salınan Bayram təcili yardımla aparıldığı İnegöl Dövlət Xəstəxanasında dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Kişi bayram namazında dünyasını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ