Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyahət etmək istədi: Ən təhlükəli həbsxanalarından birinə düşdü - FOTO

Səyahət etmək istədi: Ən təhlükəli həbsxanalarından birinə düşdü - FOTO

Tarix: 11 Aprel 2024 16:14

Böyük Britaniyanın Aterton şəhərindən olan 39 yaşlı Con Henşou Cənubi Amerikaya səyahət etmək qərarına gəlib. Bu səyahət ona olduqca baha başa gəlib. Con səyahət zamanı təsadüfən dünyanın ən təhlükəli həbsxanalarından birində ilişib qalıb.

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, bu həbsxana bütün dünyada öz qanunsuzluğu və özbaşınalığı ilə tanınır. Maraqlıdır ki, həbsxananın içərisində patrul xidməti aparacaq mühafizəçilər yoxdur.

Fevralın 9-da britaniyalı La Paz (Boliviya) hava limanında narkotik alveri və üzərində qanunsuz maddələr saxlama ittihamı ilə polis tərəfindən saxlanılıb. Con San Pedro həbsxanasına göndərilib.  Bu yaxınlarda isə bu barədə "Parlaqlıqlar arxasında: Dünyanın ən çətin həbsxanaları" adlı televiziya şousunda sənədli film nümayiş olunub. 

Conun qızı atasının təmiz suyu, lazımi yeməyi və paltarı olmadığını iddia edir. Adamın 30-a yaxın digər məhbusla yerdə yatdığı və 120 nəfərin cəmi iki tualetdən istifadə etdiyi bildirilir. 

Ümumilikdə müəssisə 600 nəfər üçün nəzərdə tutulsa da, hazırda orada təxminən 3000 nəfər yaşayır. Əlavə çarpayılar və ya kameralar digər məhbuslardan alınmalıdır. Onların arasında Wi-Fi və isti vanna otaqları olan yerli "elita"nın olduğu VİP kameralar da var.

Conun işinə məhkəmədə baxılacaq. Məhkəmə prosesi 90 günə qədər çəkə bilər. Con isə artıq 50 gününü dəmir barmaqlıqlar arxasında keçirib.

"O, çox yaxşı insandır və orada başına gələnlərə layiq deyil. Özü üçün ala bildiyi yeganə yemək vetçina və pendirli tostdur, həbsxanadan isə gündə bir kasa bulyon verilir, vəssalam" - deyə ona məhkəmədə kömək edən ortağı Toni Rimmer qeyd edib.

Böyük Britaniyanın Boliviyadakı səfirlik əməkdaşları isə məhbusa bacardıqları qədər kömək etdiklərini bildiriblər.

Qeyd etdiyimiz kimi, həbsxana qanunsuzluq və özbaşınalığı ilə tanınır, çünki müəssisənin daxilində patrul xidməti aparacaq mühafizəçilər yoxdur. Əvəzində məhbusların qaçmamasını təmin etmək üçün yalnız kvadrat sahəsində nəzarət edirlər.


Etiketlər:  Səyahət etmək istədi təhlükəli həbsxanalarından birinə düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ