Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

Tarix: 20 Noyabr 2019 02:45

Bakı. Trend:

Noyabr ayının 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttfaqıdır.

Trend-in məlumatına görə, budəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Həmçinin UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

“Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaqlar.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

"Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin proqramı

20 Noyabr

Çərşənbə

11.00 – Ekspozisiyaların açılışı və layihələrin təqdimatı. Şirvanşahlar Sarayı, Müasir İncəsənət Mərkəzi

15.30 – “Qalereya 1969”. Həmid Əminifarın fərdi sərgisi, İran

17.00 – Layihənin təqdimatı və ekspozisiyanın açılışı. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu.

19.00 – Performans. Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

21 Noyabr

Cümə axşamı

11.00 – Mətbuat konfransı . Muzey Mərkəzi. Konfrans Zalı

12.00 – Biennalenin açılışı. Rəsmi mərasim. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

15.00-17.00 – Layihənin təqdimatı. “Qala” Dövlət Etnoqrafiya Qoruğu. Performans. Zaira Nadirashvili, Gürcüstan.

18.00-19.00 – Performans.Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

22 Noyabr

Cümə

10.00-13.00 – Layihələrin təqdimatı. Şirvanşahlar Sarayı, Müasir İncəsənət Mərkəzi.

15.30-18.00 – Layihələrin təqdimatı. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu. Muzey Mərkəzinin Sərgi Qalereyası.

18.00 - Performans.Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

23 Noyabr

Şənbə

10.00-13.00 – Layihənin təqdimatı. “Qala” Dövlət Etnoqrafiya Qoruğu. Performans: Elene Rakviaşvili, Gürcüstan. Vüsal Rəhim, Azərbaycan.

16.30-17.00 – Layihənin təqdimatı. Muzey Mərkəzinin Sərgi Qalereyası

17.00 – Birinci Antarktida Biennalesində filminin təqdimatı, 2017. Kurator- A.İvanova-Yohanson, Rusiya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Konfrans zalı.

24 Noyabr

Bazar günü

10.00-13.00 – Palçıq vulkanlarının ərazisinə səfər.

16.00 – "Leyli və Məcnun" tamaşasına səfər. Bakı Marionet Teatrı.

25 Noyabr

Bazar ertəsi

10.00-13.00 – Biennali iştirakçılarının konfransı "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər". Muzey Mərkəzi. Konfrans zalı.

15.30-19.00 – Biennali iştirakçılarının konfransı "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər". Muzey Mərkəzi. Konfrans zalı.

19.00 – Biennalinin bağlanışı.


Etiketlər:  Bakıda VI Alüminium Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ