Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stalinin yaşadığı bağ satıldı

Stalinin yaşadığı bağ satıldı

Tarix: 12 Aprel 2024 14:10

Sovet lideri İosif Stalinin 1930-cu illərdə yaşadığı Moskva vilayətində "Lipki-Alekseyevski" bağı satılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə RBK məlumat yayıb.

Məlumata görə, bağın yeni sahibi Krasnodar diyarının keçmiş qubernatoru Aleksandr Tkaçovun ailəsinə məxsus "Strateji inkişaf" investisiya fondu olub.

Bağın hansı qiymətə satılması ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bağ XIX əsrdə tikilib. 1932-1934-cü illərdə Stalin bu bağda yaşayıb. Stalindən sonra bağ 1989-cu ilə kimi hökumətin balansında olub.

Milli.Az


Etiketlər:  Stalinin yaşadığı bağ satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ