Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan sahilində zəlzələ olub

Yunanıstan sahilində zəlzələ olub

Tarix: 13 Aprel 2024 08:24

Yunanıstan sahilində 4,5 maqnitudalı zəlzələ olub.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, Bakı vaxtı ilə 06:23-də qeydə alınmış zəlzələnin episentri Yunanıstanın böyüklüyünə Kritdən sonra ikinci adası olan Evbeyadan (Əyriboz) 2,66 km şimalda yerləşib. Egey dənizində baş vermiş yeraltı təkanların ocağı 5,68 km dərinlikdə olub. Türkiyənin zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqəsi isə ölkənin ən böyük adası Gökçəada olub - 246,77 km.

Mümkün dəniz daşması barədə xəbərdarlıq edilməyib.


Etiketlər:  Yunanıstan sahilində zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ