Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliyada dəhşət - naməlum şəxs 5 nəfəri öldürdü, 9 nəfəri yaraladı - YENİLƏNİB - VİDEO

Avstraliyada dəhşət - naməlum şəxs 5 nəfəri öldürdü, 9 nəfəri yaraladı - YENİLƏNİB - VİDEO

Tarix: 13 Aprel 2024 12:58

12:56

Naməlum şəxsin Sidneydəki ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Yerli polisin açıqlamasına görə, o, hələlik motivi bəlli olmayan hadisəni təkbaşına törədib.

Qeyd edək ki, hücum edən şəxs polisin müdaxiləsi ilə zərərsizləşdirilib.

----------

12:16


Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.

Milli.Az


Etiketlər:  Avstraliyada dəhşət naməlum şəxs 5 nəfəri öldürdü 9 nəfəri yaraladı YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ