Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir

KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir

Tarix: 13 Aprel 2024 19:02

İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.

Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.

Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.

Milli.Az


Etiketlər:  KİV Almaniyalı diplomatların ailələri İranı tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ