Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 08:50
Ukrayna hərbçiləri Vladimir Putinin ən sevimli körpüsünü iyulun ortalarına qədər dağıdacaqlarını bildiriblər. Yəni Ukraynanın Krım körpüsünə həlledici hücumu həyata keçirməsi üçün təxminən 100 gün vaxtı var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "San" məlumat yayıb.
Məlumata görə, dəyəri bir neçə milyard dollar olan körpü "Storm Shadow" raketləri, pilotsuz katerlər və Qərbin F-16 qırıcılarının köməyi ilə məhv ediləcək:
"Ukrayna üçün bu, bir nömrəli məqsəddir. Onun məhv edilməsi Qara dənizdə müharibədə qalib gəlmək, Rusiyanın əsas hərbi təchizat yolunu kəsmək və Putinin döyüş maşınının qarşısını almaq üçün mühüm addım olardı".