Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 09:14
ABŞ Prezidenti Co Bayden İranın İsrailə hücumlarından sonra bilərəkdən xalqa müraciət etməyib, çünki ölkə lideri hesab edir ki, müraciət İranı təhrik edib münaqişənin genişlənməsinə səbəb olacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Politico" yazıb.
Nəşrin məlumatına görə, ABŞ və İsrail qüvvələrinin İranın hücumunu birgə dəf etdikdənn sonra Amerika liderinin xalqa müraciətlə çıxış etməsi məsələsi Ağ Evdə müzakirə olunub.
Lakin Amerika prezidentinin məsləhətçiləri Baydenin diqqət mərkəzində olmasının münaqişədə gərginliyi artıracağını təxmin ediblər.