Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konqoda təbii fəlakət - ölənlər və itkin düşənlər var

Konqoda təbii fəlakət - ölənlər və itkin düşənlər var

Tarix: 15 Aprel 2024 12:20

Konqo Demokratik Respublikasının mərkəzi hissəsində Kasai çayının sahilində baş verən sürüşmə nəticəsində azı 10 nəfər ölüb, 50 nəfər itkin düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, faciə Dibaya Lubve yaşayış məntəqəsi yaxınlığında baş verib.

Çökmə bazara gedən kəndlilərin olduğu bərə sərnişinləri endirmək üçün sahilə endiyi anda baş verib. Güclü yağış yağıb, estakadanın üzərindəki sahilin torpağı uçub, bərə və onun sərnişinləri, eləcə də estakadada olan insanlar batıblar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 10 cəsəd tapılıb, təxminən 50 nəfər itkin düşüb. Ətraf kəndlərin sakinləri 11 ölü, yeddi yaralı və 60-dan çox insanın itkin düşdüyünü deyirlər. Bərədə sərnişinlərin qeydiyyatı olmayıb. Axtarış-xilasetmə işləri davam edir.

Milli.Az


Etiketlər:  Konqoda təbii fəlakət ölənlər itkin düşənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ