Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var

Tarix: 16 Aprel 2024 20:08

Rumıniyalı mütəxəssis Mirça Luçesku "Beşiktaş"ın baş məşqçisi olmağa hazırdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 78 yaşlı məşqçi Türkiyə klubunun rəhbərliyi ilə yaxın bir neçə həftə ərzində komandanın baş məşqçisi olacağı barədə razılığa gəlib. Bununla bağlı "iAM SPORT" məlumat yayıb.

O, bu vəzifədə bir müddət əvvəl qovulan portuqaliyalı mütəxəssis Fernando Santosu əvəz edəcək. Bu mövsüm o, "Beşiktaş"ın 5-ci məşqçisi olacaq. Bu, onun İstanbul klubuna ikinci qayıdışıdır.

Xatırladaq ki, Luçesku son olaraq Kiyev "Dinamo"sunda çalışıb. O, ötən ilin noyabrında istefa verib. Mütəxəssis "Qalatasaray", "Rapid", "İnter", "Zenit" kimi klublarda və Türkiyə millisində də baş məşqçi vəzifəsində çalışıb.

Milli.Az


Etiketlər:  Beşiktaş yeni başq məşqçisini tapdı 78 yaşı var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ