Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı 25 milyon dolları ötüb

Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı 25 milyon dolları ötüb

Tarix: 17 Aprel 2024 09:44

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 26,2 milyon dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə Gürcüstana 9,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 29,6 faiz azdır", - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı 25 milyon dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ