Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 12:39
Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Filippin hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.
Sülhün və sabitliyin qorunub saxlanılması, Azərbaycan dövləti və xalqı üçün daha çox inkişafa, rifaha nail olunması kimi vacib missiyanızda Sizə uğurlar arzulayıram.
Xalqlarımızın mənafeyi naminə qarşılıqlı maraq doğuran sahələrdə birgə çalışaraq Filippin ilə Azərbaycan arasında daha sıx ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə sadiqliyimi bir daha təsdiq edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".