Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu

Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu

Tarix: 17 Aprel 2024 19:24

Böyük Britaniyada dünyaca məşhur müğənni Teylor Sviftin konsertinə getmək istəyən vətəndaşlar fırıldaqçıların hədəfinə tuş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fanatlar fırıldaqçılara 1 milyon funt-sterlinqdən çox pul verib. "Lloyds Bank" 600-dən çox müştərisinin bu fırıldaqdan zərər gördüyünü açıqlayıb. Bildirilib ki, hər qurban üçün orta itki 332 funt-sterlinq təşkil edib, bəziləri üçün isə bu məbləğ 1000 funt-sterlinqdən yuxarı qalxıb.

Araşdırmalar 25-34 yaş arası pərəstişkarların hədəf alındığını və sosial media vasitəsilə bir çox fırıldaqların baş verdiyini ortaya çıxarıb. Belə ki, pərəstişkarlara saxta bilet satılıb. Fırıldaqçılar biletləri realdan daha münasib qiymətə təklif edib. Beləcə, ifaçının pərəstişkarları buna aldanıb və pulu ödəyiblər.

Tövsiyə edilib ki, biletləri yalnız səlahiyyətli şirkətlərdən almaq lazımdır.

Milli.Az


Etiketlər:  Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ