Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə iki zavod yanır - FOTO

Türkiyədə iki zavod yanır - FOTO

Tarix: 18 Aprel 2024 08:42

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye Bölgəsində yer alan kauçuk və plastik zavodlarında yanğın baş verir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, yanğın hələlik bəlli olmayan səbəblərdən ilk öncə kauçuk zavodunda başlayaraq sonradan plastik zavoduna sıçrayıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Olayda ölən və ya yaralananların olub-olmadığı açıqlanmayıb.

Milli.Az


Etiketlər:  Türkiyədə iki zavod yanır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ