Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub məhkəmədə Ronaldoya məğlub oldu: bu qədər pul ödəyəcək

Klub məhkəmədə Ronaldoya məğlub oldu: bu qədər pul ödəyəcək

Tarix: 18 Aprel 2024 08:50

Kriştiano Ronaldo keçmiş klubu "Yuventus" a qarşı arbitraj məhkəməsində qalib gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "La Gazzetta"nın məlumatına görə, aprelin 17-də Arbitraj Məhkəməsi "byankoneri"nin hücumçuya 9,7 milyon avro + faiz ödəməli olduğuna dair qərar verib.

Ronaldo, COVID-19 pandemiyası zamanı yaranan 19,5 milyon avrodan çox maaş borcu ilə bağlı "Yuventus"la məhkəmədə çəkişirdi.

Bununla belə, arbitraj məhkəməsi portuqaliyalı ulduzun və "Yuventus"un məsuliyyəti bölüşdüyünə qərar verib, buna görə də borcun yalnız yarısı ödəniləcək.

Milli.Az


Etiketlər:  Klub məhkəmədə Ronaldoya məğlub oldu bu qədər pul ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ