Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbaxça” “Olimpiakos”a qarşı

“Fənərbaxça” “Olimpiakos”a qarşı

Tarix: 18 Aprel 2024 10:26

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Fənərbaxça" da növbəti matçına çıxacaq.

İstanbul təmsilçisi doğma meydanda "Olimpiakos"la qarşılaşacaq. Bu komandaların Yunanıstandakı ilk oyununda meydan sahibləri qalib gəliblər.

Günün digər oyunlarında "Viktoriya" "Fiorentina"nın, "Aston Villa" "Lill"in, "Brügge" isə PAOK-un qonağı olacaq.

Konfrans Liqası
1/4 finalın cavab oyunları

18 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) (ilk oyun 0:0)
20:45. "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) (1:2)
23:00. "Fənərbaxça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) (2:3)
23:00. PAOK (Yunanıstan) - "Brügge" (Belçika) (0:1)


Etiketlər:  Fənərbaxça Olimpiakosa qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ