Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uraz Kayqılaroğlu bu FOTOlara görə üzr istədi

Uraz Kayqılaroğlu bu FOTOlara görə üzr istədi

Tarix: 18 Aprel 2024 19:30

Türkiyəli aktyor Uraz Kayqılaroğlu fotoqraf sevgilisinin sərgisində gündəm olan fotolarından sonra sosial media hesabında açıqlama yayıb.

Milli.Az olay-a istinadən bildirir ki, o, bu barədə instaqramın hekayə bölməsində yazıb:

"Sosial mediada və mətbuatda haqqımda çıxan xəbərlərə və reaksiyalara cavab vermə ehtiyacı duydum. Məqsədim həyatımdakı özəl birinin işinə dəstək olmaq idi. Bu səbəblə ortaya çıxan görüntülər cəmiyyətimizdə narahatlıq yaradıbsa, bu bir sənətdir deyib keçə bilmərəm və çox üzüldüyümü bildirmək istəyirəm. Məqsədim heç bir şəkildə pis hisslər oyandırmaq deyildi. Bu səbəblə hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, sözügedən fotoları Urazın bu günlərdə eşq yaşadığı sevgilisi Sayna Soleimanpur lentə alıb. Görüntülərdə kəsilmiş qadın başı və orqanları, cəsədlər olduğundan, sosial mediada birmənalı qarşılanmayıb.

Milli.Az


Etiketlər:  Uraz Kayqılaroğlu bu FOTOlara görə üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ