Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 12:54
"İllərdir, öz yurdumuza qayıtmağı gözləyirdik. Torpaqlarımız azad olunandan sonra, ilk olaraq, Böyük Qayıdış deyə bir ifadə ortaya çıxdı. Mahiyyəti də ondan ibarət idi ki, həmin insanlar həsrətlə gözlədiyi yurdalarına qayıtmaq istəyirdilər. O istəyi reallaşdırmaq üçün çox gözəl imkanlar yaranırdı. Və bu gün həmin imkanlar artıq gerçəkdir", - bu fikirlər tanınmış nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynova məxsusdur.
Xankəndidə, Şuşada, Laçında, Ağdamda, Zəngilanda müəyyən infrastruktur işlərinin həyata keçirilməsində iştirak etdiyini bildirən Ərşad Hüseynov vurğulayıb ki, Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəsin əlindən gələn etməlidir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Əslən Laçın rayonundan olan Ərşad Hüseynovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.