Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onunla sevgili olduğunu etiraf etdi

Onunla sevgili olduğunu etiraf etdi

Tarix: 28 Mart 2024 21:25

"Sakla beni" serialında Mete obrazını canlandıran aktyor Uraz Kaygılaroğlu eşq etirafı edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bir müddət əvvəl adının birlikdə hallandığı fotoqraf Sayna Soleimanpour ilə eşq yaşadığı iddiasını təsdiqləyib.

"Münasibətimiz çox yaxşı gedir. Amma gəlin necə tanış olduq kimi mövzulara girməyək" deyə, Uraz bildirib.

Ötən gün İstanbulun Nişantaşı səmtində görüntülənən aktyor jurnalistlərlə söhbət edib. O, bu mövsüm iş baxımından çox yorulduğunu, yayın tez gəlməsini arzuladığını söyləyib. 

Saynanın sosial şəbəkədə Uraz Kaygılaroğlunun iti ilə fotosunu paylaşması sevgi dedi-qodularına səbəb olub.

Milli.Az


Etiketlər:  Onunla sevgili olduğunu etiraf etdi


RƏYLƏR