Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var

Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var

Tarix: 19 Aprel 2024 10:04

Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.

Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.

Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb. Şəhərdə 4 fərdi ev dağılıb, səkkizi isə yararsız hala düşüb.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynaya aviazərbələr endirib ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ