Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zülfiyyə: “50 yaşın var, get otur evdə, oxuma...”

Zülfiyyə: “50 yaşın var, get otur evdə, oxuma...”

Tarix: 19 Aprel 2024 14:25

"Zaman olur ki, 8-də oyanıram. Özümə deyirəm ki, yəqin, qocalmışam, ona görə tez oyanıram. Hər şeyin başında, üzərində, qayəsində, ortasında, çıxışında sevgi durur".

Milli.az olay-a itinadla xəbər verir ki, bu sözləri "Söhbət var" verilişində Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

O, sözünün davamında bildirib:

"Sevgisiz yaratmaq olmur. Bu gün tələbatlı olum, mən səhnədə ölmək istəyirəm... Belə düşünmürəm. Mən səhnədə də ölmək istəmirəm. Musiqi ilə bəslənirəm. Amma özümü dinləmirəm. Sürətpərəstəm. Evdə pişiyimi də gözəl istəyirəm. Daha çox artıq çəkisi olan xanımları geyindirərəm. Başım çox çəkib, oranı gizlət, buranı gizlət. Boynuma alıram, elə müğənnilərimiz olub ki, 50 yaşına çatıb.

Fikirləşmişəm ki, 50 yaşın var, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Zamanın nəbzini tutmaq lazımdır. Musiqidə elə bir şey baş verdi ki, dəb formasını aldı, bütün dünyanı bürüdü. Bunu bir neçə il öncə desəydim, bəlkə məsələnin həlli var idi. Nəsə işıq görünürdü. Get-gedə yox... İstəmirəm, özümü o notlarda kökləyim ki, bundan sonra daha pis olacaq. Düşünürəm ki, yaxşı olacaq. Məhv olmamışıq. Hələ varıq". 

Milli.Az


Etiketlər:  Zülfiyyə 50 yaşın var get otur evdə oxuma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ