Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, tez bir zamanda təsdiq edilməlidir ki... - Bayden

Bu, tez bir zamanda təsdiq edilməlidir ki... - Bayden

Tarix: 21 Aprel 2024 00:42

ABŞ Konqresinin Senatı Kiyevə yardım üçün vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir ki, Ukraynaya mümkün qədər tez silah göndərilsin.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

"Mən səs verən iki partiyalı qanunverici koalisiyaya təşəkkür etmək istəyirəm. Qanun layihələri mənim stolumun üstündə olmalıdır ki, mən onu imzalaya bilim. Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını ödəmək üçün dərhal silah və texnika göndərək", - Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. İndi bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra ABŞ Prezidenti Co Bayden imzalamalıdır. Qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.

Milli.Az


Etiketlər:  Bu tez bir zamanda təsdiq edilməlidir ki Bayden


RƏYLƏR