Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Madrid nəhəngi ''Barselona''nın oyunçusuna elçi düşdü

Madrid nəhəngi ''Barselona''nın oyunçusuna elçi düşdü

Tarix: 21 Aprel 2024 21:36

"Barselona"nın müdafiəçisi İniqo Martines karyerasını başqa İspaniya klubunda davam etdirə bilər.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.

Mənbənin məlumatına görə, "Atletiko Madrid" 32 yaşlı oyunçunu transfer etmək istəyir. Paytaxt təmsilçisi Martinesi yay transfer pəncərəsində iş yerini dəyişəcək Mario Hermosonun əvəzedicisi kimi nəzərdən keçirir.

İniqonun kataloniyalılarla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 6 milyon avro qiymətləndirilir.

İspaniya çempionatının bu mövsümündə müdafiəçi "Barselona"nın heyətində 15 oyun keçirib və o, 5 sarı vərəqə alıb. (fanat.az)


Etiketlər:  Madrid nəhəngi Barselonanın oyunçusuna elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ