Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

Tarix: 22 Aprel 2024 08:12

ABŞ və Filippin Cənubi Çin Dənizində (SCS) artan gərginlik fonunda illik "Balikatan 2024" hərbi təlimlərinə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

"Məqsəd həqiqətən müharibəyə hazırlaşmaqdır. Burda gizlədilməli heç nə yoxxdur.Ordunu hazırlamasaq, bu, ölkəyə xələl gətirəcək", - deyə "Balikatan 2024" ün sözçüsü Maykl Lokiqo bildirib.

Filippin əsgəri qeyd edib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək.

"ABS-CBN News" həmçinin ABŞ-nin Filippində "SM-6" zenit raketlərini yerləşdirdiyini, lakin onun təlim zamanı istifadə edilməyəcəyini bildirib.

Təlim Filippinin şimalında, Tayvana 300 km-dən az məsafədə yerləşən Caqayan və Batanes əyalətlərində keçiriləcək.

Milli.Az


Etiketlər:  ABŞ Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb


RƏYLƏR