Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisidə məktəblərdə terror həyəcanı

Tbilisidə məktəblərdə terror həyəcanı

Tarix: 22 Aprel 2024 09:14

Gürcüstanın paytaxtı Tbilisidə məktəblərdə terror aktları planlaşdırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli teleqram kanallarında məlumat yayılıb.

Məlumatla əlaqədar Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

Yayılan xəbərlərdə 10 məktəbdə qətliamın baş verəcəyi proqnozlaşdırılıb.

"Imedi" telekanalı bildirib ki, siyahısı dərc edilən məktəblərin hər birində rus sektoru var.

Xatırladaq ki, 10 gün əvvəl İrəvanda da bir sıra məktəb və ticarət mərkəzlərində terror aktlarının olacağı məlumatı yayılmışdı.

Milli.Az


Etiketlər:  Tbilisidə məktəblərdə terror həyəcanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ