Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 19:58
Azərbaycanın qadın futbolunda şok hadisə yaşanıb.
Sonxeber.net sportinfo.az-a istinadla bildirir ki, "Neftçi"nin Yüksək Liqada çıxış edən komandası səfərdə "Olimpiya"ya 41:0 hesabıyla qalib gəlib.
İşin maraqlı tərəfi 38 qolu bir oyunçunun vurmasıdır. Belə ki, "ağ-qaralar"ın kapitanı Aysun Seydiyeva Ağcabədi təmsilçisinin qapısından nə az, nə çox, düz 38 top keçirib.
Siyasət Əsgərovun çalışdırdığı paytaxt qızları bununla turnir cədvəlində liderliyini möhkəmlədib.
Maraqlı göstəricəyə imza atan Aysun millinin də formasını geyinir. Onun "Sabah"ın müdafiəçisi Amin Seydiyevlə evli olmasını da yada salaq.