Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Elit star” Cəmilə ilə Elşad Qarayev arasında efirdə ÇAXNAŞMA – VİDEO

Tarix: 22 Aprel 2024 20:50

"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə həmkarı Elşad Qarayev arasında efirdə gərginlik yaşanıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, hadisə tərəflərin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində olub. 

Cəmilənin "Elşad, 30 il ərzində iki mahnı oxuyub, dayanmısan. İki dənə mahnı bu illər ərzində çox azdır" sözləri Elşadı özündən çıxarıb.

Qarayev İsgəndərovaya cavab olaraq "Sən yatmısan. Oxuduğum mahnılara qulaq asmamısan. Mən oxuduğum mahnıların adlarını çəkmək istəmirəm. Çünki həmin mahnıları xalq özü çox gözəl bilir". 
Cəmilə "Oğlun Rəvanın bütün mahnıları hitdir. O öz üzərində çalışır. Amma sən, Elşad, gecə-gündüz toylardasan. Toy hər zaman var. Hər zaman da olacaq. Mənim hər gün toyum var. Amma mən məclislərə yarım saat gedirəm. Bütöv toy aparmıram" sözlərini dilə gətirib. 

Milli.Az


Etiketlər:  Elit star Cəmilə ilə Elşad Qarayev arasında efirdə ÇAXNAŞMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ