Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 22:45
Dünya şöhrətli müğənni Teylor Sviftin son albomu bir gündə ABŞ-da 1,6 milyon nüsxə, o cümlədən 600,000 vinil nüsxə satılıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu, 1991-ci ildən bəri "The Tortured Poets Department"ini ən çox satılan musiqi relizlərindən birinə çevirib.
Sviftin 11-ci kompilyasiya albomu cümə günü yayımlandıqdan sonra, bir gündə 1,6 milyon nüsxə sataraq rekord qırıb. Bu məbləğin təxminən 1,4 milyonu vinil, CD və kasetlər kimi ənənəvi formatların satışından əldə edilir ki, bu da internet üzərindən musiqi dinləmənin üstünlük təşkil etdiyi ölkədə qeyri-adi nailiyyətdir.
Müğənninin "Spotify" adlı mahnısı yayımlandığı ilk günündə dünya üzrə 300 milyon dəfədən çox dinlənilib.