Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malayziyada helikopterlər toqquşdu: azı 10 nəfər ölüb VİDEO - FOTOlar

Malayziyada helikopterlər toqquşdu: azı 10 nəfər ölüb VİDEO - FOTOlar

Tarix: 23 Aprel 2024 08:52

Malayziyanın Lumut şəhərində iki helikopter ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı qəzaya uğrayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib.

Xidmət hər iki hava gəmisində olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.

Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.

İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində üç, digərində yeddi ekipaj üzvü var idi.

Milli.Az


Etiketlər:  Malayziyada helikopterlər toqquşdu azı 10 nəfər ölüb VİDEO FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ