Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu

Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu

Tarix: 23 Aprel 2024 20:26

Rusiyanın Novosibirsk vilayətində vergi departamentinin rəhbəri milyonlarla rubl rüşvət aldığı üçün saxlanılıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, rəis yerli şirkətə vergi yoxlamasından keçməyə və onun nəticələrini saxtalaşdırmağa kömək edəcəyini söz verib. Bunun üçün şirkətdən 5 milyon rubl (təxminən 91 min manat) məbləğində rüşvət alıb. Məbləğin bir hissəsi işçiyə vasitəçi vasitəsilə köçürülüb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin tutulması məsələsi həll edilir.


Etiketlər:  Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ