Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Tarix: 24 Aprel 2024 00:52

Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistanı dəstəkləyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Milli.Az


Etiketlər:  Bu sülhə doğru görünən addımdır Almaniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ