Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı

QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı

Tarix: 20 Noyabr 2019 20:45

Bakı. Trend:

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.

Trend-in məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistandan olan bir deputat çıxışında "arsax"da "demokratik seçki keçirildiyini" elan edib:

"Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədrindən Ermənistan deputatının siyasi provokasiyasının qarşısının alınmasını tələb etdim.

Bildirdim ki, heç bir "arsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir.

Eyni zamanda bildirdim ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarımız mütləq azad ediləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  QDİƏT iclasında erməni təxribatının qarşısı alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ