Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Komaya düşən qalmaqallı bloqer ÖLDÜ

Komaya düşən qalmaqallı bloqer ÖLDÜ

Tarix: 24 Aprel 2024 15:45

Təxribat xarakterli nəşrləri ilə ad çıxaran məşhur bloger Lena Miro dünyasını dəyişib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qadının ölümü barədə ilk olaraq şayiələr və dedi-qodular üzrə ixtisaslaşmış "Admin-Anshlak" "Teleqram" kanalı məlumat yayıb.

Lena Mironun Amerikada qəzaya uğradığı, komaya düşdüyü və daha sonra öldüyü iddia edilir.

"O, uzun müddət komada yatıb və bu yaxınlarda dünyasını dəyişib. Anası cənazə üçün ABŞ-a uçdu. Ata getmədi. Dedi ki, "karma onu üstələdi", bu onun öz günahıdır", - məlumatda deyilir.

Xatırladaq ki, Yelena Mironenko Rusiyanın Belqorod vilayətinin Starı Oskol şəhərində anadan olub. Məktəbdən sonra Voronej İnstitutunu bitirərək ingilis dilindən sinxron tərcüməçi işləyib. O, ziyafət təşkilatçısı kimi part-time işləyərək Londonda yaşamağa nail olub.

Milli.Az


Etiketlər:  Komaya düşən qalmaqallı bloqer ÖLDÜ


RƏYLƏR