Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AB İvanişvilini cəzalandırmaq istəyir

AB İvanişvilini cəzalandırmaq istəyir

Tarix: 24 Aprel 2024 21:02

Avropa Parlamenti "Gürcüstanda xarici agentlər haqqında qanunun bərpası cəhdləri və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında" qətnamə layihəsini müzakirəyə çıxaracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, qətnamə ilə bağlı səsvermə aprelin 25-də baş tutacaq.

Qətnamə müəllifləri hesab edirlər ki, Avropa Birliyi "Xarici agentlər haqqında" qanunu dəstəkləyən Gürcüstan parlamentinin bütün üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Avropa Parlamenti həmçinin Gürcüstanda "Xarici agentlər haqqında" qanun qəbul ediləcəyi təqdirdə Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişviliyə və hakim partiyanın üzvlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Milli.Az


Etiketlər:  AB İvanişvilini cəzalandırmaq istəyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR