Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2024 22:14
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.
Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.
Bu nəticədən sonra "Zirə" 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla səkkizinci yerə yüksəlib.
Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.