Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp”da daha bir yenilik: Foto və videoya...

“WhatsApp”da daha bir yenilik: Foto və videoya...

Tarix: 2 May 2024 14:04

"WhatsApp" messencerində media fayllarına baxarkən reaksiyalar təyin etməyə imkan verən yeni funksiya olacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "WhatsApp" portalı məlumat yayıb.

Qeyd olunur ki, tətbiqin "Android" əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş beta versiyasında istifadəçiyə baxış ekranından çıxmadan foto və ya videoya reaksiya verməyə imkan verən variant olacaq.

Portal tərtibatçılarının fikrincə, bu funksiya istifadəçilərin vaxtına qənaət edir və tətbiqi onlar üçün daha rahat edir. Yeni funksiyaya malik versiyanın yaxın vaxtlarda daha çox insanın istifadəsinə veriləcəyi bildirilir.

Milli.Az


Etiketlər:  WhatsAppda daha yenilik Foto videoya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ