Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 08:18
Çexiyada aprelin sonunda yaranan şaxtalar ölkədə gözlənilən 138 min ton meyvə məhsulunun 100 min tondan çoxunu məhv edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "CTK" agentliyi məlumat yayıb.
Çexiyanın Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, ölkədə rekord dərəcədə aşağı meyvə məhsulu olacaq - təxminən 30,300 ton. Son 34 ildə Çexiyada ən aşağı meyvə məhsulu 2011-ci ildə toplanıb - 101 249 ton.
Fermerlərin dövlətdən ümumilikdə 100 milyon kron (təxminən 4,7 milyon dollar) məbləğində maliyyə kompensasiyası alacağı proqnozlaşdırılır. Bundan əlavə, onlar Avropa İttifaqının ixtisaslaşmış fondları tərəfindən dəstəklənməlidir.