Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirkətdə iş vaxtından artıq çalışan şəxs işdən qovuldu

Şirkətdə iş vaxtından artıq çalışan şəxs işdən qovuldu

Tarix: 3 May 2024 12:46

"Tesla" iş vaxtından artıq işləyən, zavodda duş qəbul edən və dayanacaqda avtomobildə yatan işçini işdən çıxarıb.

Sonxeber.net Unikal-a istinadən xəbər verir ki, Murillo adlı şəxs 2019-cu ildə Kaliforniya zavodunda istehsalat köməkçisi kimi işə başlayıb. 2020-ci ildə o, Aparıcı İstehsalat Köməkçisi və 2021-ci ildə İstehsalat Meneceri vəzifəsinə yüksəlib. Murilllo şəxsi "Instagram" hesabını şirkətin meyarlarına uyğun şəkildə  istifadə edirmiş. Belə ki, o,  öz fotosunu paylaşmaq əvəzinə  avtomobillərin şəkillərini paylaşaraq izləyicilərinə məlumat verirmiş.

Lakin aprel ayında işdən çıxarılanlar arasında Murillonun da adı yer alıb. Beləliklə, o, elektron poçtunu yoxlamaq üçün səhər saat 4:30-da noutbukunu açıb, lakin hesabının deaktiv edildiyini biləndə təəccüblənib.

İşə 90 dəqiqəlik standart gediş-gəliş zamanı adam vəzifəsinin ləğv edildiyi barədə mesaj alıb. Murillo aydınlaşdırmaq üçün meneceri ilə əlaqə saxlayıb, lakin ona tutarlı cavab verilməyib. 

Həmin şəxs zavoda gələndə onu içəri buraxmayıblar və xidməti giriş kartı əlindən alınıb. O, hansı səbəbdən işdən çıxarıldığını bilməyib. Sosial şəbəkə hesabında haqsız yerə qovulduğunu bildirən Morillo məhkəməyə üz tutacağını açıqlayıb. 


Etiketlər:  Şirkətdə vaxtından artıq çalışan şəxs işdən qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ