Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir

Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir

Tarix: 21 Noyabr 2019 12:27

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası 26 ildən çoxdur ki, şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, YAP-ın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub:

“O zamanki səriştəsiz hakimiyyət Azərbayanı parçalanmaq təhlükəsi ilə üz-üzı qoymuşdular. İnsanlar birmənalı anlayırdılar ki, Azərbaycanın düşdüyü bu vəziyyətdən yeganə çıxış yolu Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Yeni Azərbaycan Patiyası Heydər Əliyevin hakimiyyətə gəlməsinin hüquqi bir forması idi. Əgər YAP yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan xalqı fərqli bir taleyi yaşamaq məcburiyyətində qalardı. Heydər Əliyev Azərbaycanı bu bəlalardan, təlatümlərdən qurtardı. Qısa zaman ərzində ölkədə tüğyan edən xaosun qarşısı alındı, iqtisadi tənəzzülün qarşısı alındı, separatizimin qarşısı alında və Azərbaycan bu günki inkiçafa gəlmək üçün əlverişli bir imkana malik oldu.
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Beləliklə də YAP Azərbaycanın iqtidar partiyasına çevrildi. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib. İndi YAP ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır. Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşları var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaqdır”.


Etiketlər:  Əli Əhmədov 26 ildən çoxdur ki YAP şərəflə ləyaqətlə Azərbaycan xalqına xidmət edir


RƏYLƏR