Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2024 11:12
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.
Sonxeber.net xəbər verir ki bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə sosial media hesabında paylaşım edib.
Qeyd edilib ki, görüş mayın 10-da Almatıda baş tutacaq.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.