Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan: 44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib

Paşinyan: 44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib

Tarix: 7 May 2024 17:04

Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir məqama aydınlıq gətirib.

"Müxalifətin tanınmış nümayəndələrindən biri canlı efirdə Ermənistanda açıq və ədalətli seçkilərin keçirilməsinin məqsədəuyğunluğundan şübhələnir. 

Bunun nə demək olduğunu başa düşürsünüz?

Bu o deməkdir ki, Ermənistanın suverenliyi şübhə altına alınır, çünki suverenliyin mənbəyi xalqdır.

Bir sıra daxili və xarici qüvvələrin müharibəyə ehtiyacı var və bu, məhz ona görə lazımdır ki, hakimiyyət dəyişikliyini seçkisiz həyata keçirmək mümkün olsun. Yalnız belə ssearidə onlar məqsədlərinə çata bilərlər.

44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib.

Onlar istəyirlər:

Müharibəyə təhrik etmək.
Ermənistanda müharibə nəticəsində seçkisiz hakimiyyət dəyişikliyi təmin edilsin və bu, yalnız Ermənistanın suveren ərazilərinin işğalı ilə mümkündür.
Ermənistanda qeyri-legitim, marionet hakimiyyətin qurulması və Ermənistanın de-fakto suverenliyinin ləğvi, ardınca de-yure ləğv edilməsi.

Ssenari belə görünür!"


Etiketlər:  Paşinyan günlük müharibə zamanı eyni ssenari həyata keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ