Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Tarix: 8 May 2024 06:12

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology: General" (JEPG) elmi nəşrində dərc olunub.

Tədqiqatın nəticələri göstərib ki, bədii ədəbiyyat ümumi koqnitiv bacarıqlara az, lakin statistik cəhətdən əhəmiyyətli müsbət təsir göstərir.

Xüsusi koqnitiv qabiliyyətlərə daha yaxından nəzər saldıqda, müəyyən olub ki, faydalar ən çox empatiya, danışıq qabiliyyəti və dərrakə nəzəriyyəsi sahələrində - başqalarının duyğularını və baxışlarını başa düşmək və onlarla əlaqəli bacarıqlarda özünü göstərir.

Təhlil həmçinin onu da göstərib ki, bədii ədəbiyyatda idrak bacarıqlarının inkişafına ən mühüm təsiri nəqletmə komponenti göstərir.


Etiketlər:  Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir


RƏYLƏR