Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

21 il sonra yenidən ''Avroviziya'' səhnəsində - VİDEO

21 il sonra yenidən ''Avroviziya'' səhnəsində - VİDEO

Tarix: 10 May 2024 10:25

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sertab Erener 21 ildən sonra yenidən "Avroviziya" səhnəsində çıxış edib.

Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, ifaçı ötən gün yarışmanın ikinci yarımfinalda qonaq qismində səhnə alıb.

O, 2003-cü ildə sözügedən yarışmada ölkəsinə ilk birinciliyi qazandıran "Everyway That I Can" mahnısını fərqli versiyada ifa edib.

Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

Müsabiqənin finalı mayın 11-də keçiriləcək. Son mərhələyə birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.


Etiketlər:  sonra yenidən Avroviziya səhnəsində VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ