Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 13:48
"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etmədiyini bildirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil.
Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar.
Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.