Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənnini İFŞA ETDİ: “Toyda 40 dəqiqə fonoqram oxudu”

Məşhur müğənnini İFŞA ETDİ: “Toyda 40 dəqiqə fonoqram oxudu”

Tarix: 10 May 2024 19:10

"Ötən gün toyda idim. Orada çıxış edən bəlli bir müğənnilər vardı. Sənətkar dediyimiz xanım ifaçı gəldi, 40 dəqiqə fonoqram oxudu. Ona dayanıb baxdım. Sonra aparıcı xanım gəlib mənə dedi ki, bəy və gəlin səhnədə rəqs edəcəklər. Bəlkə, siz də fonoqramınızı verəsiniz, həzin bir mahnı ifa edəsiniz. Cavab verdim ki, yox! Mən toydakı camaatla belə zarafat edə bilmərəm". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "İncə səhər" verilişində deyib. 

El şənliyində 40 dəqiqə fonoqram oxuyan həmkarını efirdə tənqid edən sənətçi bildirib ki, o ifaçı estrada janrının müğənnisi olmayıb: 

"İnanın Allaha ki, mənə o qədər təsir etdi ki... Özüm-özümə düşündüm ki, görəsən, insanlar bu qədərmi pulundan beziblər? Həmin müğənninin fonoqram mahnısını eşitmək istəyirsənsə, disk və planşetdən qoyun oxusun, siz də rəqs edin. Həmin müğənni estrada ulduzu deyildi. Xalq artistləri Aygün Kazımova və Röya Ayxan toylara gedirlər, öz musiqi ansamblları ilə orada canlı ifa edirlər. Amma o müğənni heç estrada ifaçısı da deyil. Rusların bir sözü var: "Nə oyanlıqdır, nə buyanlıq". 


Etiketlər:  Məşhur müğənnini İFŞA ETDİ Toyda dəqiqə fonoqram oxudu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ